"Qəbələ" və "Səbail" Azərbaycan Kubokunun 1/4 finalına yüksəldi - YENİLƏNİB

18:48 - 10 Dekabr 2021

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək.

Sportal.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyunu Zaqatalada keçiriləcək.

Yerli komanda "Səbail"i qəbul edəcək.

Günün 2-ci oyununda da 1-ci divizionla Premyer Liqa təmsilçisi üz-üz gələcək. "Qəbələ" MOİK-i sınağa çəkəcək.

"Zaqatala" - "Səbail" 1:3

Qol: R. İsmayılov, 57 - M. Abbasov, 48, 90+3, Ə. İsmayılov 67 (p)


Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
Baş hakim - Tural Qurbanov

"Zaqatala": 1. Vüsal Şabanov, 33. Kənan Müslümov (k), 8. Roini İsmayılov, 10. Rəhman Şabanov, 7. Elşad Əliyev, 44. Osman Soltanov, 24. İbrahim Əliyev, 9. Maqsud Ələkbərov, 77. Bəşir Ayralov, 66. Xəlil Bəşirov, 27. Mahmud Məmmədov

Ehtiyat oyunçular: 12. Eldar Tərlanov, 13. Aleksandr Şemonayev, 15. Firuddin Mövsümov, 99. Ceyhun Rəcəbli, 6. Məhəmməd Babazadə, 11. Əsədulla Heydərov, 17. İbrahim Camalov, 70. Əli Abdullayev, 19. Xəyyam Hüseynov, 20. Elmar Rəhimov, 55. Elcan Şirinov, 23. Sənan Musayev

Baş məşqçi: Rüstəm Məmmədov

"Səbail": 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 6. Cabir Əmirli, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 99. Vidadi Cəfərov

Ehtiyat oyunçular: 31. Nail Alışov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov.

​Baş məşqçi: Aftandil Hacıyev


17:00 MOİK - "Qəbələ" 1:2

Qol: İlham Allahverdiyev, 34 - Rövlan Muradov, 55, Ülvi İsgəndərov, 88
"Dalğa Arena" stadionu.
Baş hakim: Fərid Hacıyev

Daha 2 oyun isə sabah keçiriləcək.

15:00 "Keşlə" - "Qaradağ Lökbatan"
"ASK Arena"
Baş hakim: Rauf Allahverdiyev

18:00 "Sabah" - "Kəpəz"
"Bank Respublika Arena", Masazır.
​Baş hakim: Nicat İsmayıllı

Xəbər xətti