Çempionlar Liqası: Həftənin ən yaxşısı kim olacaq?

11:46 - 10 Dekabr 2021

Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Sportal.az xəbər verir ki, ən yaxşı adına “Atletiko”dan (İspaniya) Antuan Qrizmann, PSJ-dən (Fransa) Kilian Mbappe, “Vilyarreal”dan (İspaniya) Arnot Danjuma və “Lill”dən (Fransa) Conatan İkon namizəd göstərilib.

Həftənin ən yaxşısı UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbər xətti