"Qəbələ" və "Keşlə"nin futbolçuları cəzalandırdı

13:11 - 10 Dekabr 2021

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın 13-cü turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Keşlə” – “Səbail” oyununda “Keşlə” klubunun futbolçusu Anatole Abanq ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Qəbələ” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” klubunun futbolçusu Omar Hani ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Xəbər xətti