Millimizin müdafiəçisi Türkiyəyə yollanacaq

15:00 - 10 Dekabr 2021

Milli komandamızın üzvü Anton Krivotsukun formasını geyindiyi "Visla"(Plotsk) klubunun qış hazırlıq planı məlum olub.

Sportal.az xəbər verir ki, "Visla" yanvarın 7-də bir araya gələcək.

Komanda yanvarın 17-də Türkiyənin Bələk bölgəsinə yollanacaq və qış hazırlıqlarını orada davam etdirəcək.

Polşalılar yanvarın 19, 23 və 27-də yoxlama görüşləri keçirəcək.

Rəqiblər arasında "Rubin" və "Ludoqorets" komandaları var. 

Xəbər xətti