"Qəbələ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-i 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev açıqlama verib:
"Düşündüyümüzdən də ağır oyun alındı. Çalışdıq ki, "Zirə" ilə matçdan sonra heyətdə bəzi rotasiyalara gedək. Az oynayan futbolçulara daha çox şans verdik. Ümumi götürəndə I Divizionun klubları ilə çox fərq hiss olunmur. Oyun da onu göstərdi ki, komandalar arasında çox fərq yoxdu. Komandam 2-ci hissə daha məzmunlu daha, dinamik oynamağa çalışdı və layiqli qələbə qazandı".
saytlarin hazirlanmasi