Qvardiola Klopp və Cerrardı qabaqladı

12:54 - 11 Dekabr 2021

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Mançester Siti"ni çalışdıran Pep Qvardiola ötən ayın ən yaxşısı adına layiq görülüb. 50 yaşlı mütəxəssis "Liverpul"un baş məşqçisi Yurgen Klopp və "Aston Villa"nı çalışdıran Stiven Cerrardı qabaqlayıb.

 

Qeyd edək ki, Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" noyabr ayında "Mançester Yunayted" (2:0), "Everton" (3:0) və "Vest Hem"i (2:1) məğlub edib.

 

Noyabr ayının ən yaxşı qolu isə "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodrinin "Everton"un qapsına vurduğu qol seçilib.

Xəbər xətti