Korona "Sevilya"ya yollanır

10:36 - 12 Dekabr 2021

"Porto"nun yarımmüdafiəçisi Xesus Korona karyerasını İspaniyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçuya "Sevilya"dan təklif gəlib.

"Monterrey" yetirməsi olan meksikalı futbolçu qışda Əndəlusiya təmsilçisinə transfer ola bilər.

2015-ci ildə “Tvente”dən “Porto”ya keçən Koronanın Lissabon klubu ilə müqaviləsi mövsüm sonunda başa çatır. 

Xəbər xətti