"Legia"nın həkimi Mahir Emreliyə növbəti iki günü istirahət etməyi məsləhət görüb.
Sportal.az xəbər verir ki, klubun həkimi futbolçunu müayinə etdikdən sonra bu fikrə gəlib.
2 günlük istirahətdən savayı millimizin forvardına ağır idmandan tamamilə uzaq durmaq tövsiyyə olunub.
"Legiya"nın Polşa çempionatında "Visla"ya məğlub olmasından Azərbaycan millisinin hücumçusu da digər futbolçularla birlikdə azarkeşlərin hücumuna məruz qalıb.