İngiltərənin "Mançester Yunayted" klubu məşq bazasını 24 saatlıq bağlayıb.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Açıqlamada məşqlərin təxirə salındığı bildirilib. Futbolçuların sağlamlığına görə sabah "Brentford"la baş tutacaq oyunla bağlı Premyer Liqa rəhbərliyi ilə müzakirələr aparılır.
Qeyd edək ki, bir neçə futbolçusu koronavirusa yoluxduğuna görə "Tottenhem"in Premyer Liqanın 16-cı turunda "Brayton"la keçirəcəyi oyun təxirə salınmışdı.
saytlarin hazirlanmasi