İngiltərənin "Arsenal" klubu Pyerr-Emerik Obameyanqı cəzalandırıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçunun kapitanlığı əlindən alınıb. Bundan başqa qabonlu forvard Premyer Liqanın 17-ci turunda "Vest Hem"lə baş tutacaq oyunun heyətindən kənarlaşdırılıb. Ulduz futbolçunun cəzalandırılmasına səbəb onun intizamsız davranışlarıdır.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq bu mövsüm "Arsenal" forması ilə meydana çıxdığı 15 matçda 7 qol və 2 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi