İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.
Sportal.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 6-12 dekabrda 3805 nəfərdən götürülmüş koronavirus testlərindən 42-nin nəticəsinin müsbət çıxıb.
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.