Mahir Emreli bugünki oyunda oynamayacaq

11:49 - 15 Dekabr 2021

Milli komandamızın hücumçusu Mahir Emreli bu gün “Legiya”nın heyətində Polşa çempionatının 19-cu turunun oyununda oynamayacaq. 

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu komandanın oyun üçün hazırlığını buraxmalı olub. Buna görə də o, bugün “Zaqlembe”yə qarşı keçiriləcək matçda oynamayacaq. 

Onunla yanaşı Lukinyas da bu matçda meydana çıxmayacaq. 

Hər 2 futbolçu son turdakı məğlubiyyətdən sonra azarkeşlərin hücumuna məruz qalmışdı. 

Klubun həkimi isə Emrelinin ağır məşqlərdən uzaq qalmasını məsləhət görmüşdü. 

Xəbər xətti