Polşa millisinin sabiq üzvü: "Qarabağ"la matçda komanda yaxşı tonusda olacaq"

12:21 - 15 Dekabr 2021

Polşa millisi, "Bordo" və "Lill" klublarında oynamış Lyudovik Obranyak Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” görüşü haqda fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, polşalı fevralda keçiriləcək oyunda komandaların şanslarını dəyərləndirib:

“Qarabağ”la matçda komanda yenidən yaxşı tonusda olacaq. İlin sonudu, Xorxe Sampaolinin gərgin oyun yükləmələrinə görə də futbolçular yorulub.

Ancaq yanvarda onlar dincələcək və yenidən mövsümün əvvəlindəki kimi olacaq. Ona görə də düşünürəm ki, “Marsel” Konfrans Liqasında daha çox irəliyə gedəcək”. (L'Équipe du Soir)

Xəbər xətti