Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Millətlər Liqasının püşkatması haqda danışıb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan millisi haqda da fikirlərini bildirib:
“Qrupdakı komandaların hamısı demək olar ki, eyni səviyyəli komandadı. Yəqin ki, bu da oyunları daha da maraqlı edir. Qrupdakı komandaların hər birinin ilk pilləni tutmaq şansı var. Bizim qrupda Slovakiya daha güclü görünür. Digər komandalar isə aşağı-yuxarı eyni səviyyədədi. İyun ayında keçiriləcək matçlara daha çox futbolçu hazırlamaq lazımdı. Ki, 25-26 futbolçu olsun. Təqvim normaldı. Hansısa komandaya xüsusi diqqət yönəltmirəm.
Azərbaycan millisi ilə oyunumuz rəhbərliyim altında ilk görüş idi. Təəssüf ki, uduzduq. Azərbaycan millisinin səviyyəsi pis deyildi.
Son dəqiqələrdə fərdi səhvlərimizə görə uduzduq. Hamı irəli atılmışdı, əks-hücumda qol buraxdıq. Azərbaycan millisində lider olan oyunçular var. Məsələn, Emin Mahmudov bütün oyunu aparır. Azərbaycan millisi intizamlı komandadı, onların italiyalı baş məşqçisi var. Maraqlı komandadı. Onlar topla yaxşı oynayır, texnikalı futbolçular var”.
saytlarin hazirlanmasi
