Polşa çempionatında 19-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) növbəti matçına çıxıb.
Krivotsyukun komandası "Leçiya" (Qdansk) ilə qarşılaşıb.
Millimizin müdafiəçisinin komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Anton da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb.
Millimizin müdafiəçisi 70-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Onun komandası 19 turdan sonra 29 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.