Türkiyə 1-ci liqasında növbəti turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" 18-ci turda "Ərzurum BB"- ilə qarşılaşıb.
Ankara klubunu məğlubiyyətdən Vüsal İsgəndərli xilas edib. Onun qolu sayəsində matç 3:3 hesabı ilə başa çatıb. Meydana fasilədən sonra daxil olan İsgəndərli 90+7-ci dəqiqədə qol vurub. O, 75-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.
"Keçiörengücü" hazırda 18 xalla 16-cı pillədə qərarlaşıb.