"Arsenal" bunu bacaran 3-cü klub oldu

16:50 - 19 Dekabr 2021

"Arsenal" İngiltərə Premyer Liqasının 18-ci turunda “Lids Yunayted"i 4:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi kollektiv İngiltərə çempionatları tarixində 7000-ci qoluna çatıb.

 

"Arsenal" İngiltərə futbol tarixində 7000 qola çatan üçüncü klub olub. Bu göstəricidə London təmsilçisi yalnız iki komandadan geri qalır. Bunlar "Liverpul" (7069) və "Everton"dur. (7139)

Xəbər xətti