Almaniya II Bundesliqasında 18-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki. Azərbaycan millisinin keçmiş üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Şalke" səfərdə "Hamburq"la qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Rüfət bu görüşün iştirakçısı olmayıb. 30 yaşlı forvard qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
18 turdan sonra 30 xal toplayan "Şalke" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi