Mahir Emreli Bakıya qayıtdı

10:08 - 20 Dekabr 2021

"Legiya"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə "İnstagram" hesabında paylaşım edib.

Mahir keçən gün axşam saatlarında Bakıya çatıb. Hava limanından foto paylaşan Emreli postda "family coming first" (ailə birinci gəlir) yazıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib və nəticədə Mahir başından xəsarət alıb. O, bu hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Emrelinin Varşafa təmsilçisindən ayrılacağı gözlənilir.

Xəbər xətti