"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola iki futbolçusunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, Cek Qriliş və Fil Foden ispaniyalı mütəxəssisin qəzəbinə tuş gəlib. Yarımmüdafiəçilərin cəzalanmasına səbəb onların intizam qaydalarını pozmasıdır.
İngiltərə mətbuatının yazdığına görə, Qriliş və Foden "Lids Yunayted" üzərindəki 7:0 hesablı qələbədən sonra gecə klubunda əyləniblər. Qvardiola məslələ ilə bağlı "mən futbolçuların meydanda və meydandan kənar davranışlarına çox diqqət yetirirəm" açıqlaması verib.
Cek Qriliş və Fil Foden “Mançester Siti”nin Premyer Liqada "Nyukasl"ı 4:0 hesabı ilə məğlub etdiyi matçda iştirak etməyib.
saytlarin hazirlanmasi