Mahir Emreli "Legiya"nın ən yaxşısıdı

11:15 - 22 Dekabr 2021

Polşanın "Legiya" klubunda mövsümün ilk yarısının statistikaları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Varşava təmsilçisi 2021-2022-ci il mövsümün 1-ci yarısında bütün turnirlər daxil olmaqla 36 oyun keçirib. Bunlardan 14-ü avrokuboklarda, 18-i Polşa çempionatında, 1-i Super Kubok, 3-ü isə ölkə kubokunda olub.

 

Mövsümün ilk yarısında "Legiya"nın heyətində ən çox hesaba təsir edən futbolçu Mahir Emreli olub. Milli komandamızın hücumçusu meydana çıxdığı 33 oyunda 11 qol və 2 asistlə yadda qalıb.

Xəbər xətti