IBF prezidenti Bakıda boksçularla görüşdü

15:47 - 23 Dekabr 2021

Bakıda səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov Azərbaycan Boks Federasiyasının (ABF) Boks Mərkəzində olub.

Sportal.az xəbər verir ki, boksçular və məşqçilərlə görüşən rusiyalı funksioner onlara müxtəlif inventarlar hədiyyə edib.

Kremlyov jurnalistlərə açıqlamasında yaradılmış şəraitdən və bu idman növünün Azərbaycanda inkişafından razılıq ifadə edib. Onun fikrincə, inkişafı sürətləndirmək lazımdır: "Sizin belə gözəl Boks Akademiyanız, çox güclü boksçularınız var. Son dünya çempionatı göstərdi ki, Azərbaycan boks ölkəsidir. Bura gəlmişəm ki, qlobal beynəlxalq tədbirlər təşkil edək, habelə, milli federasiya ilə idmançılar arasındakı çətinlikləri aradan qaldıraq. Məqsədimiz bütün idmançılara şərait yaratmaqdır".

​Bu gün gənclər və idman naziri Fərid Qayıbovla görüşdə qarşılıqlı addımları müzakirə etdiklərini söyləyən qonaq tam dəstək aldığını diqqətə çatdırıb: "Ona, hökumətinizə və Prezident İlham Əliyevə idmana dəstək verdikləri üçün xeyli minnətdaram. Boksçular və məşqçilərlə də görüşdən sonra ABF prezidenti Kəmaləddin Heydərovla da müzakirələrimiz olacaq. Hesab edirəm ki, daha yaxşı təkmilləşmək və sevimli boksçularımıza şərait yaratmaq üçün danışıqlarımızda böyük mərhələ olacaq".

Xəbər xətti