Azərbaycan millisinin futbolçusu,"Keşlə"nin müdafiəçisi Azər Salahlı Türkiyədə əməliyyat edilib.
Futbolçu hazırki durumu barədə Sportal.az saytına qısa açıqlamasında məlumat verib: "Yüngül əməliyyat idi. Bəli, qasıq nahiyyəsindən əməliyyat edildim. Fasilə yaranmışdı və fikirləşdim ki, indi vaxtıdı.
Qış toplanışına hazır olacam. Toplanışa çatıb, 2-ci dövrəyə tam hazır olacam. Yəqin ki, artıq sabah Bakıya qayıdacam”.