İtaliya millisinin sabiq üzvü Kanada klubuna keçir

17:43 - 24 Dekabr 2021

İtaliya millisinin sabiq üzvü, “Cenoa”nın kapitanı Domeniko Krişito komandasını dəyişə bilər.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu MLS liqasında oynaya bilər.

Ona “Toronto”dan təklif gəlib. “Cenoa”nın kapitanı “Toronto” ilə 2 illik müqavilə imzalaya bilər. 

Krişito "Yuventus" və "Zenit" klublarında da çıxış edib. O, İtaliya millisində 26 oyun keçirib.

Xəbər xətti