İngiltərənin "Mançester Yunayted" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Antoni Elanqa ilə yeni sözləşmə imzalayıb. 19 yaşlı hücumçu 2026-cı ilin yayınadək Premyer Liqa klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Antoni Elenqa 12 yaşında "Mançester Yunayted"in akademiyasına qoşulub. İsveçli gənc oyunçu İngiltərə təmsilçisinin əsas komandasının heyətində 5 matçda meydana çıxıb və 1 qol vurub.
saytlarin hazirlanmasi