"Liverpul"un keçmış futbolçusu Daniel Starric 22 400 avro pul ödəməli olacaq.
Sportal.az xəbər verir ki, məşhur hücumçu 2019-cu ildə itən itini tapana 22 400 avro mükafat vəd etmişdi. Lakin İngiltərə millisinin keçmiş üzvü it tapıldıqdan sonra pulu verməkdən imtina edib. İti tapan şəxs isə Starrici məhkəməyə verib. Los Anceles məhkəməsinin qərarına görə, 32 yaşlı hücumçu həmin şəxsə bu məbləği ödəməli olacaq.
Qeyd edək ki, hazırda Avstraliyanın "Pert Qlori" klubunda çıxış edən Daniel Starric bir zamanlar "Liverpul", "Mançester Siti", "Çelsi", "Trabzonspor" kimi klublarda oynayıb. Tanınmış forvard İngiltərə millisinin heyətində meydana çıxdığı 26 oyunda 8 qolla yadda qalıb.
saytlarin hazirlanmasi