Azərbaycan kikboksçusu Zabit Səmədovun 2017-ci ildə nokauta saldığı belçikalı Frederik Sinistra vəfat edib.
Sportal.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.Ölkənin ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.
O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirib. Sinistra yaşının və fiziki durumunun onu hər hansı bir koronavirus simptomundan qoruyacağını iddia edirdi.
Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub