PSJ çətin duruma düşdü

14:41 - 26 Dekabr 2021

PSJ növbəti 2 transfer pəncərəsində futbolçuların satışından ən az 100 milyon avro gəlir əldə etməlidi.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi sözügedən transferləri həyata keçirə bilməsə, maliyyə feyr-pley qaydalarını pozacaq. Bu halda bütün pul kəsrini klub sahibi "Qatar Sports İnvestments" ödəməli olacaq.

​PSJ-nin komandadan göndərəcəyi oyunçular sırasında Serxio Riko, Leven Kurzava, Tilo Kerer, Abdu Diallo, Yulian Draksler və Mauro İkardinin olduğu bildirilib. 

Xəbər xətti