Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Qarabağ"ın daha bir futbolçusunun transferində maraqlıdı.
Sportal.az Polşa mətbuatına istinadən xəbər verir ki, Varşava klibu yarımmüdafiəçi Patrik Andrade ilə yaxından maraqlanır.
Özü də son çempion Kabo-Verde millisinin oyunçunu qış "transfer pəncərəsi"ndə heyətinə qatmağı planlaşdırır.
Ağdam klubu da bu keçidin gerçəkləşməsində maraqlı olduğu iddia edilir. "Köhlən atlar"ın 28 yaşlı legioneri üçün "Legiya"dan rəsmi təklif gözlədiyi bildirilib.