"Çelsi"nin baş məşqçisi Tomas Tuxel İngiltərə Premyer Liqasının sıx təqvimindən narazıdı.
Sportal.az xəbər verir ki, o, "Aston Villa" ilə matçdan (3:1) sonra açıqlama verib:
"Bu, ədalətsizlikdi. Təxirə salınan matçlarına görə 1 həftədi hazırlaşan komandalara qarşı oynayırıq. Onsuz da oyun sayı çoxdu, ancaq yenə də bizi meydana çıxmağa məcbur edirlər. Xəstə futbolçularımız var. Zədəlilərimiz get-gedə artır. Döyüşürük, futbolçulara görə qayğılıyam. İndi taktikaya görə yox, zədələrə görə əvəzetmə etməyə məcburuq. Premyer Liqa bizi oynamağa məcbur edir - biz də oynayırıq, başqa çarəmiz yoxdu".
Daha əvvəl "Liverpul"un baş məşqçisi Yurgen Klopp və "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola təqvimdən şikayətlənmişdi.