İngiltərə Premyer Liqasının XX turunun "Brentford"la səfər oyunu (1:0) "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, "şəhərlilər" ispaniyalı mütəxəssisin rəhbərliyi altında 4-cü dəfə ardıcıl 10 oyunluq qələbə seriyasına imza atıb. Qvardiola İngiltərə çempionatında bu göstəriciyə çatan yeganə baş məşqçi kimi öz rekordunu yeniləyib.
Qeyd edək ki, "Mançester Siti" hazırda 50 xalla Premyer Liqada vahid liderdi.