İngiltərənin "Lester Siti" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "tülkülər"in liderlərindən olan Ceymi Vardi sıradan çıxıb. Premyer Liqanın 20-ci turunun "Liverpul"la matçında (1:0) ayağında xəsarət alan 34 yaşlı hücumçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Ceymi Vardi bu mövsüm "Lester Siti"nin heyətində meydana çıxdığı 22 oyunda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi