Bolqarıstanın “Çerno More” klubu Leandro Andradenin “Qarabağ”a keçəcəyinə razılaşıb.
Sportal.az xəbər verir ki, komandalar arasında danışıqlar davam etsə də, Bolqarıstan təmsilçisi 22 yaşlı futbolçuya artıq əvəzləyici axtarır.
Varna klubunun baş məşqçisi İlian İliyev Andradenin komandanı 99 faiz tərk edəcəyini bildirib.
Bu səbəbə görə klub ona əvəzləyici axtarır. “Çerno More” portuqaliyalını “Qarabağ”a icarəyə də verə bilər. (Sportal.bg)
saytlarin hazirlanmasi