“Qarabağ”ın transfer etmək istədiyi Leandro Andradeyə yalnız Ağdam klubundan təklif gəlməyib.
Sportal.az saytının məlumatına görə, portuqaliyalı futbolçuya Türkiyə klublarından təklif gəlib. Belə ki, Türkiyə 1-ci liqasında çıxış edən “Samsunspor” 22 yaşlı futbolçunu heyətinə qatmaq istəyib.
Ancaq rəsmi açıqlanmasa da, Andradenin “Qarabağ”a keçidə razılıq verdiyi bildirilir. “Olhanense”, “Fatima” klublarında oynamış vinger 2020-ci ildən “Çerno More”də çıxış edib.
saytlarin hazirlanmasi