"Makkabi"nin (Tel-Əviv) hücumçusu Stip Periçe yayda Azərbaycana gələ bilərmiş.
Sportal.az saytının məlumatına görə, yayda xorvatiyalı futbolçunun “Neftçi”yə keçmək variantı olub.
Hətta forvard özü də Bakı klubunda oynamağa razılıq verib. O, bir müddət “Neftçi”dən gələcək müsbət cavabı gözləyib. Lakin paytaxt təmsilçisi sonda naməlum səbəblərə görə forvarddan imtina edib.
“Ağ-qaralar”dan müsbət cavab gəlmədiyini görən Periçe “Makkabi”(Tel-Əviv) klubuna keçib. Əslində, Periçenin İsrailin məşhur klubuna keçərək səhv addım atmadığını demək mümkündü. Məsələ burasındadır ki, xorvat paytaxt klubunun heyətində meydana çıxdığı 17 oyunda 6 qol vuraraq qiymətini 1,5 milyon avroya kimi yüksəldə bilib.
“Zadar” yetirməsi olan 1995-ci il təvəllüdlü futbolçu karyerası ərzində “NAK Breda”, “Udineze”, “Frosinone”, “Kasımpaşa”, “Muskron” və “Uotford” klublarında çıxış edib.
O, Xorvatiyanın U-19, U-20 və U-21 yığmalarında da oynayıb.