"Qarabağ"da oynamış gürcü həmyerlisi barədə: "Onlar heyətinə perspektivli qapıçı cəlb edib"

“Qarabağ” dünən Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini rəsmi olaraq heyətinə qatdığını açıqlayıb.

Ağdam klubunun sabiq futbolçusu Aleksandr Qoqeberişvili Sportal.az saytına açıqlama verib.

Veteran futbolçu həmyerlisi, Quqeşaşvilinin Ağdam klubundakı perspektivi barədə danışıb: 

"Təbii ki, Lukanın “Qarabağ”a keçidindən xəbərdaram. Məncə, “Qarabağ” heyətinə perspektivli qapıçı cəlb edib.

Lukanın çıxışını daim izləyirdim. Həqiqətən də çox yaxşı sezon keçirdi. Ötən mövsüm də qapıda stabil və etibarlı dayanmışdı. Lukaya “Qarabağ”da uğurlar arzu edirəm”.

​Aleksandr Qoqoberişvili 2008-2009-cu illərdə “Qarabağ”da çıxış edib.

Tarix: 13 Yanvar [10:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio