"Qarabağ" portuqaliyalı ilə müqavilə imzaladı - RƏSMİ

11:16 - 13 Yanvar 2022

“Qarabağ” Leandro Andrade ilə müqavilə imzalayıb.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

​Andrade komandada 15 nömrəli formada çıxış edəcək.

Xəbər xətti