“Azərbaycan Premyer Liqası keyfiyyətli çempionatdı. Bu liqada səviyyəli komandalar və səviyyəli futbolçular oynayır. İl ərzində bir neçə dəfə qarşılaşdığımız üçün çempionat daha da çətinləşir”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qəbələ”nin braziliyalı futbolçusu Ruan Renato deyib.
Bölgə klubunun braziliyalı oyunçusu komandasının məqsədindən danışaraq, həm də forma geyindiyi klubda xoşbəxt olduğunu bildirib: "Məqsədim mövsümü "Qəbələ"nin heyətində ən yaxşı şəkildə başa vurmaqdı. Özümü evimdəki kimi hiss edirəm. “Qəbələ” üçün əlimdən gələni etməyi özümə borc bilirəm. Çempionatın ikinci hissəsi birincidən daha çətin olacaq və biz daha çox hazırlaşmalıyıq. Eyni hədəflə davam edəcəyik. Matçlar zamanı ən yaxşısını etməyə çalışacağıq".
"Gördüklərimə görə, Patrik Robson əla oyunçudu. Onun komandamıza çox kömək olacağına şübhə etmirəm. Kollektiv də ona ilk gündən kömək edəcək və özünü ən yaxşı tərəfdən göstərməsi üçün ona dəstək olacaq” – deyə, Renato fikirlərini yekunlaşdırıb.