Türkiyə millisinin üzvü İstanbul klubuna keçdi

17:50 - 13 Yanvar 2022

Türkiyənin "Başakşehir" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Konyaspor"dan Serdar Gürleri rənglərinə bağlayıb. 30 yaşlı vingerlə 3,5 illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, Serdar Gürler "Konyaspor"a mövsümün əvvəlində "Antalyaspor"dan keçib. Türkiyə milliisnin üzvü "ağ-yaşıllar"ın heyətində meydana çıxdığı 20 matçda 4 qol və 8 asistlə yadda qalıb.

Xəbər xətti