Macarıstan klubunun baş məşqçisi "Zirə" ilə görüş haqda: "Nəticə məni qane etdi"

"Yaxşı meydanda əla rəqibə qarşı gərgin oyun keçirdik".

Sportal.az xəbər verir ki, bunu Macarıstanın "Peç" komandasının baş məşqçisi Laslo Vaş Türkiyənin Antalya şəhərində "Zirə"yə 5:3 hesabı ilə qalib gəldikləri yoxlama matçı barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bu oyunda əsas diqqət yüklənməyə yönəlib: "Bəzi məqamlarda mübarizənin gərgin keçməsinə baxmayaraq, meydanı zədəsiz tərk etdik. Hazırlığın bu mərhələsində azərbaycanlılara qarşı görüşdə məqsədimizə tam nail olduq. Matçda müsbət məqamlar olsa da, yaxşılaşdırılması lazım olan tərəflər da var. Ümumiyyətlə, futbolçuların oyuna yanaşması və nəticə məni qane etdi".

​Qeyd edək ki, "Zirə" Antalayada daha 2 yoxlama görüşü keçirəcək. "Qartallar" yanvarın 20-də “Qurnik” (Leçna, Polşa), yanvarın 24-də isə “Breqalnitsa” (Şimali Makedoniya) ilə qarşılaşacaq (report.az).

Tarix: 13 Yanvar [23:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2022
23  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio