Azərbaycanlı futbolçu müqavilə imzalamaq üçün Yunanıstana yollandı

12:36 - 14 Yanvar 2022

"Səbail"in müdafiəçisi Turan Manafovun "Qəbələ"yə keçidi baş tutmayacaq.

Sportal.az xəbər verir ki, müdafiəçi artıq Yunanıstana yollanıb.

Belə ki, "Olimpiakos" 23 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalamaq üçün onu Yunanıstana dəvət edib.

Yaxın günlərdə Manafovun Volu təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. (Taxydromos)

Xəbər xətti