Premyer Liqanın ən yaxşısı açıqlandı

15:29 - 14 Yanvar 2022

İngiltərə Premyer Liqasında 2021-ci ilin dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq layiq görülüb. 27 yaşlı vinger azarkeşlər arasında keçirilən səsvermədə hamını qabaqlayıb.

 

İngiltərə millisinin üzvü Joao Kanselo, Ceyms Meddison, Qabriel Martinelli, Meyson Mount, Martin Odeqaard və Son Hyunq-Minin də daxil olduğu yeddi nəfərlik siyahıda birinci olub.

 

Qeyd edək ki, Rahim Sterlinq dekabr ayında "Mançester Siti"nin heyətindı meydana çıxdığı 5 Premyer Liqa matçında 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti