Mövsümün ikinci yarısının hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanan “Qəbələ” Antalya toplanışına start verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, günün ilk yarısında Antalyaya çatan “qırmızı-qaralar” oteldə məskunlaşıb. Komanda qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətlənib. Hazırlıq prosesi günün ikinci yarısında baş tutub.
Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşqdə futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. Zədədən sonra bərpa prosesi keçən Rüfət Əhmədov komandadan ayrı fərdi məşqlə kifayətlənib.
saytlarin hazirlanmasi