Namik Ələskərovlu "Bursaspor" aşağı liqaya düşdü

18:57 - 14 May 2022

Türkiyə I Liqasında 35-ci turun oyunları baş tutub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Bandırmaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.

 

Namik Ələskərov da bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı vinger 63-cü dəqiqədə əvəzlənib.

 

35 turdan sonra 41 xal toplayan "Bursaspor"un mövsümün bitməyinə 1 tur qalmış I Liqanı tərk edəcəyi dəqiqləşib. 16-cı pillədə olan "ağ-yaşıllar" 15-ci pillədəki "Adanaspor"dan 4 xal geridədir.

Xəbər xətti