"Qarabağ" Çempionlar Liqasına bu ölkədə hazırlaşacaq

10:47 - 20 May 2022

Bu mövsüm Azərbaycan çempionu olan "Qarabağ" Çempionlar Liqasının oyunlarına hazırlıq planları ilə bağlı  qərar verib.

Sportal.az saytına verilən məlumata görə, Qurban Qurbanovun komandası iyunun 20-də toplanaraq Avstriyaya yollanacaq.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə Ağdam təmsilçisi məhz bu ölkədə hazırlaşacaq. "Qarabağ" bu mərhələdə hansı komanda ilə qarşılaşarsa, Avstriyadan həmin ölkəyə birbaşa uçacaq. 

Xəbər xətti