"Real"ın sabiq futbolçusu Xavi Qarsiya karyerasını bitirib.
Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə özü məlumat verib.
İspaniyalı futbolçu Madrid klubunun yetirməsi olub. O, əsas komandada 24 matç keçirib.
Xavi son olaraq "Boavişta"da çıxş edib. O, bundan başqa "Mançester Siti", "Benfika", "Zenit", "Betis" kimi komandalarda oynayıb.
saytlarin hazirlanmasi