Elmar Baxşıyev: "Komanda daha da yaxşı olacaq"

17:45 - 24 Dekabr 2022

"Qəbələ" Azərbaycan Premyer Liqasının 18-ci turunda doğma meydanda "Turan Tovuz"la 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Son oyun idi. Bilirdik ki, ağır olacaq. "Turan Tovuz" əzmkar və yaxşı komandadır. "Qarabağ"la kubok matçından sonra tonus baxımından ağır oyun olacağını bilirdik. Komanda kubok görüşündə çox güc sərf elədi. Düşünülmüş hücumlərımız var idi, sadəcə tamamlamaqda çətinlik çəkdik. Mövsüm uzundur. Uşaqlara bildirdik ki, ruhdan düşməsinlər. Qışdan sonra komanda daha da yaxşı olacaq. 


- Bu gün Komandanızda aqressivlik çatmırdı. Sanki, futbolçular istirahətin başlamasını gözləyirlər. Bunu hiss etdiniz?

- Xeyr, o ab-hava yox idi. Yen vurğulayıram, kubok oyununun yorğunluğu qalmışdı. Bunu biz də görürdük. Yenə də futbolçularıma təşəkkür edirəm ki, sona kimi dözdülər və oyun intizamından qopmadılar. 


- Futbolçularda yorğunluqdan əlavə "Qarabağ"ı kubokda kənarlaşdırmağın eyforiyası hiss olunur. Bu barədə nə deyə bilərsiniz?

- Hələ kubokda heç nəyə nail olmamışıq. "Qarabağ"ı keçmək özü böyük güc tələb edir.

 

Elçin Əlixan

Xəbər xətti