“Sabah” Premyer Liqanın 20-ci turu çərçivəsində qarşılaşdığı “Qəbələ” ilə səfər oyunundan 3:0 hesablı qələbə ilə ayrıldı.
Sportal.az xəbər verir ki, bu oyun paytaxt komandasının müdafiəçisi Con İrasabal üçün əlamətdar olub.
İspaniyalı futbolçu “Sabah”ın formasında ilk qoluna imza atıb. O, buna komandada keçirdiyi 19-cu matçda nail olub. İrasabal matçın 70-ci dəqiqəsində hesab arasındakı fərqi ikiyə yüksəldib.
Con bu matçda 1 qol və 1 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi