"Neftçi"nin qolkiperi üçün Rusiya klubundan təklif

15:34 - 16 Mart 2023

"Neftçi"nin qapıçısı İvan Brkiç bu mövsümkü performansı ilə həm öz ölkəsinin, həm də fərqli ölkə klublarının diqqətini cəlb etməyi bacarıb.

Sportal.az saytına verilən məlumata görə, xorvatiyalı qapıçını heyətində görməkdə israrlı olan klublardan biri "Hayduk"dur. Hazırda Xorvatiya çempionatında üst sıralarda qərarlaşan Split mövsüm sonunda onu heyətinə qatmaq niyyətindədir. 

Rusiya Premyer Liqasında mübarizə aparan "Orenburq" da Brkiçi transfer siyahısına daxil edib. Mənbənin məlumatına görə, "Neftçi" özü də İvanı komandada saxlamaq üçün onunla danışıqları davam etdirir. 27 yaşlı qapıçının Bakı klubunda qalacağı, yoxsa fərqli kluba keçəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

İvan 2022-ci ildə “Riqa”dan “Neftçi”yə keçmişdi.

Xəbər xətti