"Yuventus" İspaniya millisinin üzvünü transfer edəcək

17:30 - 17 Mart 2023

"Vilyarreal"ın yarımmüdafiəçisi Ceremi Pino "Yuventus"un hədəfindədir.

Sportal.az "Fichajes"ə istinadən xəbər verir ki, İtaliya klubu futbolçu üçün sərfəli təklif hazırlayır.

İspaniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq.

Amma futbolçu özü Turinə yollanmağa hazır olduğunu agentinə bildirib.

20 yaşlı hücumçu “Vilyarreal” yetirməsidir və 2020-ci ildən əsas komandada debüt edib.

O, 2021-ci ildən İspaniya yığmasında da forma geyinib.
 

Xəbər xətti